Serj Sarqsyanın məhkəmədən canını qurtarmaq arzusu boşa çıxdı

Dünya


Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyanın cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edib.

Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Vaaqn Qriqoryan bildirib.

Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Karapet Badalyan vəsatəti əsassız hesab edib.

“Müdafiəçinin vəsatəti əsassızdır və rədd edilir. Apellyasiya şikayəti verilə bilməz”, – deyə Badalyan bildirib.

2019-cu ilin sonunda Serj Sarqsyan və erməni biznesmen Barseq Beqlaryana qarşı cinayət işi başlayıb. İstintaqın məlumatına görə, 2013-cü ildə ovaxtkı dövlət başçısı “Flash” şirkətinə himayədarlıq edib. Rəqibindən daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar) dizel yanacağının tədarükü üçün hökumət tenderini “Flash” qazanıb. Beləliklə, dövlətə bir milyon dollara yaxın ziyan dəyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir