Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni
intellektə (Sİ) dair bəyanatla çıxış edəcək.
Bu barədə ABŞ prezidenti İllinoys ştatının Çikaqo şəhərindən
qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında
jurnalistlərlə söhbətində bildirib.
Ağ Ev ABŞ liderinin iş qrafikini yayıb. Cədvəldə D. Trampın Bakı
vaxtı ilə saat 22:00-da bəyanatla çıxış edəcəyi qeyd olunub.
Jurnalistlər Trampdan bəyanatın nəyə həsr olunacağını
soruşublar.
“Bildiyiniz kimi, çərşənbə axşamı “Anthropic” ilə görüşümüz var.
Bu, vacib olacaq, <…>. Bu axşam isə mən “Anthropic”
şirkətinin rəhbəri [Dario Amodei] ilə şam yeməyində olacağam.
<…> Bu gün saat 22:00-da şam yeməyim var. <…> Mən
Anthropic şirkətindən Dario ilə şam yeməyi yeyəcəyəm. Bildiyiniz
kimi, bu şirkət böyük hörmətə malikdir. O, Anthropic-ə rəhbərlik
edir”, – deyə ABŞ lideri bildirib.

