Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir – Peskov

Baş səhifə

Bakı.Trend:

Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat
katibi Dmitri Peskov deyib.

“Prezidentin dünən dediyi kimi, bizə atəşkəs lazım deyil, bizə
sülh lazımdır”, – deyə Peskov bildirib.




O, Rusiya tərəfinin danışıqlara hər zaman açıq olduğunu da
vurğulayıb.

Peskov bu fikirləri Türkiyə və BMT-nin Qara dənizdə atəşkəsə
dair Rusiya və Ukrayna arasında danışıqlar hazırladığı barədə
yayılan məlumatları şərh edərkən səsləndirib.

“Rusiya tərəfi danışıqlara hər zaman açıqdır”, – deyə Peskov
qeyd edib.