Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib

Baş səhifə

Bakı. Trend:

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına
dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətdə qeyd
olunub:

Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif
məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə
toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının
quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini
artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram
ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir
daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən
mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə
çağırır. Belə ki,

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə
möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara
toxunmamalı;

– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və
cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;




– ağac tezalışan oyuncaqla bəzədilməməli;

– pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili
üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının
tələblərinə cavab verməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!