Finlandiya hökuməti nüvə silahlarının idxalına məhdudiyyətləri aradan qaldırmağı təklif edir

Baş səhifə

Bakı. Trend:

Finlandiya hökuməti ölkəyə nüvə silahlarının idxalına qoyulan
məhdudiyyətlərin aradan qaldırılmasını təklif edən Nüvə Enerjisi
Qanununa düzəlişləri təsdiqləyib.

Trend xəbər verir
ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, mövcud
qanunvericiliyə əsasən Finlandiyaya nüvə partlayıcı maddələrinin
idxalı, eləcə də onların Finlandiyada daşınması, çatdırılması və ya
saxlanması tamamilə qadağandır. Təklif olunan layihədə isə əgər bu,
Finlandiyanın müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə
əməkdaşlığı ilə bağlıdırsa, nüvə partlayıcı maddələrinin
Finlandiyaya idxalına, eləcə də Finlandiyada daşınmasına,
çatdırılmasına və ya saxlanmasına icazə verilməsi nəzərdə
tutulur.




Qeyd olunur ki, NATO ölkələrinin əksəriyyətində müdafiə və
çəkindirmə ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur.
Bu qanun layihəsi Finlandiya qanunvericiliyini NATO əməliyyatlarına
uyğunlaşdıracaq.

Müdafiə Nazirliyi vurğulayıb ki, layihənin məqsədi NATO-nun
bütün komponentlərini əhatə edən çəkindirmə sisteminin
etibarlılığını təmin etmək, profilaktik çəkindirməni
təkmilləşdirmək və Finlandiya ilə bütün ittifaqa qarşı hərbi güc
tətbiqinin qarşısını almaqdır.

Eyni zamanda, bildirilib ki, Finlandiya öz ərazisində nüvə
silahı yerləşdirməyi nəzərdə tutmur və NATO da bunu
planlaşdırmır.