Bakı. Trend:
İngiltərədə həkim-rezidentlər uzun müddətdir davam edən
əməkhaqqı mübahisəsi fonunda beşgünlük tətilə başlayıblar.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu, Britaniya Tibb Assosiasiyasına üzv olan
həkimlərin artıq 13-cü tətil aksiyasıdır.
Həkim-rezidentlər xəstəxanalardakı tibbi heyətin təxminən
yarısını təşkil etdiyinə görə ən böyük yük məhz xəstəxanaların
üzərinə düşəcək.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) xidmətlərin böyük
hissəsini fəaliyyətdə saxlamağa çalışdıqlarını bildirib.

