Merts: Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq

Baş səhifə
Merts: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq

Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi yaxın həftələrdə hazır olmalıdır.

“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Fridrix Merts deyib.

O, birgə mətbuat konfransında bildirib ki, Avropa İttifaqında (Aİ) növbəti sanksiya paketi yaxın həftələrdə hazırlanacaq.

Kansler əlavə edib ki, Aİ Rusiyaya təzyiqi davam etdirmək və onun mövcud sanksiyalardan yayınmaq cəhdləri ilə mübarizə aparmaq niyyətindədir.