Bu il ərzində Gəncədə 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib

Baş səhifə
Bu il ərzində Gəncədə 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib

Bu il ərzində Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib.

“Report” xəbər verir ki, bunu həkim-onkoloq Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, Gəncədə keçirilən müayinələrdə 8 qadında erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanıb:

“Erkən müdaxilə nəticəsində həmin şəxslərdə xəstəlik vaxtında aşkarlanıb və müalicələrə cəlb olunub”.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.