Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Baş səhifə

Bakı. Trend:

“Apple” texnologiya şirkəti “Nvidia”nı qabaqlayaraq dünyanın ən
bahalı şirkəti statusunu yenidən əldə edib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Oktyabrın 30-na olan məlumata görə, “Apple”ın bazar
kapitallaşması 5,03 trilyon dollara yüksəlib. Bu göstərici “Nvidia”da 4,93 trilyon dollar təşkil edib.




Qeyd edək ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı
geridə qoyaraq dünya şirkətləri arasında bazar dəyərinə görə ilk
sıraya yüksəlmişdi.

“Apple”ın yenidən lider mövqeyə qayıtması investorların süni
intellekt sektoruna yönəldilən investisiyalarla bağlı artan
narahatlıqları fonunda baş verib. Agentliyin məlumatına görə,
investorlar “iPhone” istehsalçısının səhmlərini daha etibarlı
investisiya vasitəsi kimi qiymətləndirirlər.