
ABŞ prezidenti Donald Tramp Fransadakı etirazçıların ölkəni məhv etməyə çalışdıqlarını iddia edib.
APA xəbər verir ki, o, bu barədə Floridada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp Parisdə baş verənləri tənqid edərək etirazçılara amerikalı maliyyəçi Corc Sorosun pul ödədiyini iddia edib.
“Problem qeyri-qanuni miqrasiya və bu cür insanlarla bağlıdır. Onlar ölkəni məhv etmək istəyirlər. Lakin bu ölkəni məhv edə bilməyəcəklər, burada buna imkan verməyəcəyik”, – Tramp əlavə edib.
Qeyd edək ki, Tramp daha əvvəl də Fransanı sərhədlərini mümkün qədər tez bağlamağa çağırıb və miqrasiyanın ölkəyə ciddi zərər vurduğunu bildirib.

