İsrail Qəzzada girovları saxlayan HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

Baş səhifə

İsrail ordusu Qəzza zolağında növbəti əməliyyat keçirərək HAMAS-ın hərbi qanadının komandirlərindən biri Cəmil Əbu Təkiyənin öldürüldüyünü açıqlayıb.

APA xəbər verir ki, zərbənin Nuseyrat qaçqın düşərgəsi yaxınlığında endirildiyi bildirilir.

İsrail ordusunun məlumatına görə, Əbu Təkiyə 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı girov götürülən çoxsaylı şəxslərin Qəzzada saxlanılmasında iştirak edib.

Həmin zərbə nəticəsində HAMAS-ın hərbi qanadının digər komandiri İbrahim Cihad Məhəmməd Əbu Uşeybənin də öldürüldüyü bildirilib.