
Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin
düşərgəsində zədələnib.
Xarici medianın məlumatına görə, o, Millətlər Liqasında
Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci
dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.
Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun
Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Sefas sentyabrın 26-da KONKAKAF Millətlər
Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya
qələbə (3:2) qazandırmışdı.

