
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 16
sığorta şirkəti vasitəsilə 417,753 milyon manat məbləğində sığorta
haqqı toplanıb.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7
faiz çoxdur.
Hesabat dövrü ərzində ən çox sığorta haqları “Paşa Həyat
Sığorta” ASC tərəfindən toplanıb – 181,640 milyon manat. İkinci
yerdə 122,315 milyon manat həcmində sığorta haqları ilə “Paşa
Sığorta”, üçüncü yerdə isə 29,617 milyon manatla “Atəşgah Həyat”
Sığorta Şirkəti qərarlaşıb.
Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin
yanvar-mart ayları üzrə toplanan sığorta haqları üzrə renkinqini
təqdim edirik:
Şirkətin adı | Sığorta haqqları (milyon manat) |
“Paşa Həyat Sığorta” | 181,640 |
“Paşa Sığorta” | 122,315 |
“Atəşgah Həyat” Siğorta Şirkəti | 29,617 |
“Qala Sığorta” | 13,355 |
“Atəşgah” Sığorta Şirkəti | 13,251 |
“Aqrar Sığorta” | 11,319 |
“Azərbaycan Sənaye Sığorta” | 9,124 |
“Xalq Sığorta” | 7,282 |
“Meqa Sığorta” | 7,182 |
“Qala Həyat” | 6,626 |
“Meqa Həyat Sığorta” | 6,613 |
“A-Qroup Sığorta Şirkəti” | 3,979 |
“Xalq Həyat” Sığorta Şirkəti | 2,972 |
“AzSığorta” | 1,927 |
“İpək Yolu Sığorta” | 549 |
“AtaSığorta” | 2 |


