Azərbaycan Danimarka şirkəti ilə külək turbinlərinin istehsalının lokallaşdırılmasını dəyərləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Danimarkanın “Vestas Wind Systems A/S” şirkəti ilə
külək turbinlərinin istehsalının lokallaşdırılmasını müzakirə
edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.

“Danimarkanın “Vestas Wind Systems A/S” şirkətinin marketinq,
kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş
vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş
keçirdik.




Görüş zamanı Azərbaycanın “yaşıl enerji” ixracı üzrə regional
mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə
etdik.

Birgə layihələrin həyata keçirilməsi, “Yaşıl Enerji Dəhlizi”
layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən
külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini
nəzərdən keçirdik”, – paylaşımda qeyd edilib.