Hakan Fidan HAMAS nümayəndə heyətini qəbul edib

Baş səhifə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HAMAS nümayəndə heyəti ilə görüş keçirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Halil Hayyenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.