Avstriyada cüdo üzrə Qran-Pri turniri keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart
tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri
keçiriləcək.

Trend xəbər verir ki,
Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri –
Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki
dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı
iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər




-60 kq
Murad Muradlı

-66 kq
Ruslan Paşayev
İslam Rəhimov

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri