Dağıstanda 3,4 bal gücündə zəlzələ qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Dağıstan Respublikasının Xuşet kəndi yaxınlığında 3,4 bal
gücündə zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional
şöbəsi məlumat yayıb.




Məlumata görə, “Moskva vaxtı ilə saat 18:32-də Rusiya Elmlər
Akademiyasının Dağıstan Geofizika Xidmətinin növbətçi mütəxəssisi
saat 15:52-də Dağıstan Respublikasının Tsumadinski rayonunda, Xuşet
kəndi yaxınlığında, 2 km dərinlikdə 3,4 bal gücündə seysmik
hadisənin qeydə alındığını bildirib”.

Qeyd olunub ki, yeraltı təkanlar yer səthində hiss
edilməyib.