Tbilisidən Bakı və İrəvana mesaj – dənizə çıxış yalnız bizdədir

Baş səhifə

Gürcüstanın regiondakı rolunu qiymətləndirməmək olmaz.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib. ABŞ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində irəliləyişi yüksək qiymətləndirən nazir Tbilisinin bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib.

“Gürcüstan regionda dənizə çıxışı olan yeganə ölkədir. Orta Dəhliz kontekstində bundan bəhs etməmək səhvdir”, – Boçorişvili bildirib.