Ronaldo bu tanınmış klubun bir hissəsinə sahib olub

Baş səhifə

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo İspaniya çempionatının
ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun 25%
səhmlərinin sahibinə çevrilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Uzun illərdir ki, futbol sahəsində yalnız meydanda deyil, eyni
zamanda ümumilikdə futbola töhfə verməyi arzulamışam. “Almeriya”
möhkəm əsaslara malik, inkişaf potensialı açıq-aşkar olan İspaniya
klubudur. Mən klubun rəhbərliyi ilə birlikdə işləyərək onun növbəti
inkişaf mərhələsini dəstəkləməyi səbirsizliklə gözləyirəm”, –
Ronaldo vurğulayıb.




Ronaldo hazırda 41 yaşındadır, beş dəfə Çempionlar Liqasının
qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, milli
komandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və klub
üzrə dünya çempionatlarının tarixində ən yaxşı bombardirdir.

Portuqaliyalı futbolçu beş dəfə “Qızıl Top” mükafatına layiq
görülüb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Karyerası ərzində o, həmçinin Portuqaliyanın “Sportinq”,
İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və
İspaniyanın “Real” klublarında çıxış edib.