
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Modern.az xəbər verir ki, ikinci oyun günündə də 4 görüş keçiriləcək və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə “Yuventus”la (İtaliya) üz-üzə gələcək. İlk oyunda Türkiyə komandası 5:2 hesabı ilə qalib gəlmişdi.
25 fevral
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
21:45.”Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 0:2
00:00.PSJ (Fransa) – “Monako” (Fransa)
İlk oyun – 3:2
00:00.”Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 2:5
00:00.”Real” (İspaniya) – “Benfika” (Portuqaliya)
İlk oyun – 1:0


