ABŞ-nin İrandakı səfirliyi amerikalılara ölkəni təcili tərk etməklə bağlı çağırış etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarına dərhal
İranı tərk etməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu
barədə diplomatik nümayəndəliyin rəsmi saytında xəbərdarlıq dərc
olunub.




Bildirişdə ABŞ vətəndaşlarına İranı dərhal tərk etmək və ABŞ
hökumətinin dəstəyinə arxalanmadan alternativ çıxış planı
hazırlamaq tövsiyə olunur.

Qeyd edilib ki, ikili ABŞ və İran vətəndaşlığı olan şəxslər İran
sənədlərindən istifadə edərək, ölkəni tərk etməlidirlər. Eyni
zamanda diplomatlar İranda olan amerikalılara etiraz aksiyalarına
qatılmamağı məsləhət görüblər.