“Qarabağ” akademiyasının komandaları beynəlxalq turnirlərə dəvət alıblar

Baş səhifə
Qarabağ akademiyasının komandaları beynəlxalq turnirlərə dəvət alıblar

“Qarabağ”ın aşağı yaş qrupundan ibarət komandaları beynəlxalq yarışlara dəvət alıblar.

Bunu “Report”a açıqlamasında klubun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

“Yaxın vaxtlarda U-10 komandamız Minskdə keçiriləcək “Naşe buduşee” turnirinə qatılacaq. Martda isə ‘Dinamo” (Moskva, Rusiya) “Neftçi” ilə birlikdə Bakıda U-11 komandalarının turnirini təşkil etməyi planlaşdırır. Bundan başqa, yay aylarında U-11-lər arasında Polşada yarış nəzərdə tutulub. U-14 Belarusda, U-15 isə Qazaxıstanda keçirilən turnirlərdə iştirak ediblər. U-13 komandamızın Bolqarıstanda turnirə qatılması nəzərdə tutulub. U-16 və U-17 komandalarımız üçün digər Avropa klubları ilə yay aylarında oyunların keçirilməsi istiqamətində danışıqlar aparılır”, – klub rəsmisi vurğulayıb.