Türkiyənin Energetika Nazirliyi: “Akkuyu” AES-nin birinci enerji bloku 95 faiz hazırdır

Baş səhifə
Türkiyənin Energetika Nazirliyi: Akkuyu AES-nin birinci enerji bloku 95 faiz hazırdır

“Akkuyu” AES-nin birinci enerji bloku 95 % hazırdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar “Kanal 7” telekanalının efirində bildirib.

“Əvvəlcə bu işlərin 2025-ci ilin aprel ayına qədər başa çatdırılması planlaşdırılırdı, lakin pandemiya və bəzi avadanlıqların alınmasında yaranan siyasi əngəllər səbəbindən gecikmələr baş verdi. Hazırda bütün səylərimiz birinci reaktorun tikintisini başa çatdırmağa yönəlib, hazırda bu iş təxminən 95 % yekunlaşıb, və 2026-cı ildə ilk elektrik enerjisinin istehsalına başlanması nəzərdə tutulur. Biz bu istiqamətdə həm Rusiya, həm də “Rosatom” şirkəti ilə birgə çalışırıq”, – deyə nazir bildirib.