
Samir Abasov
“Neftçi” klubu komandanın baş məşqçisi Samir Abasovun cəzalandırılması ilə bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.
Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib.
Klub rəsmisi Misli Premyer Liqasının XI turunun oyunundan sonra cərimə və cəzalarla bağlı müraciətin nəzərdə tutulmadığını söyləyib.
Qeyd edək ki, Samir Abasov “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun qarşılaşmasından sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10 min manat cərimələnib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


