
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin noyabrın 1-nə olan xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
– Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan
son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının
siyahısı açıqlanıb. Ermənistan dövlət
sərhədində atəşkəs rejimini pozub.
– Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.
– Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv
edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd “Qrad”ı
məhv edilib.
– Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.
– Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.
– Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.


