44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrın 1-nə olan xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan
son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının
siyahısı açıqlanıb. Ermənistan dövlət
sərhədində atəşkəs rejimini pozub.

– Düşmən TərtərAğcabədi rayonlarının ərazisini atəşə tutub.

– Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv
edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd “Qrad”ı
məhv edilib.

– Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.