
Bakı. Trend:
Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında
daşınmış yüklərin həcmi 6,963 milyon ton təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə
nisbətən 9,5 faiz artıb. Yüklərin 48,1 faizini neft yükləri təşkil
edib.
Hesabat dövründə dəniz limanları tərəfindən 9,861 milyon ton
həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7,852
milyon tonunu və ya 79,6 faizini tranzit yüklər təşkil edib.
2025-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan
yüklərin həcmi 410,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü
ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə
nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub.

