Dəmir yolu nəqliyatı ilə sərnişin daşımaları 20%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin
yanvar-sentyabr aylarında 12,5 milyon ton yük, 7,157 milyon
sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük
daşınmasında 10,7 faiz azalma, sərnişin daşınmasında isə 19,5 faiz
artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yük və
sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 2,5% və 5,4% faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət
göstərən təsərrüfat subyektləri tərəfindən 177,7 milyon ton yük
daşınıb. Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava,
61,3%-i avtomobil nəqliyyatı, 27,6%-i isə boru kəməri ilə
daşınıb.