“Fənərbağça”nın daha bir futbolçusu top kluba transfer olmağa yaxındır

Dünya


Arda Gülərin ardınca “Fənərbağça” daha bir aparıcı futbolçusunu itirə bilər.

Söhbət İstanbul klubunun 25 yaşlı qapıçısı Altay Bayındırdan gedir.

Türkiyə mətbuatı yazır ki, Türkiyə millisinin də formasını geyinən qapıçı yaxın vaxtlarda İspaniya La Liqasında və ya İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Hələlik gənc qapıçının hansı klubların maraq dairəsində olduğu deyilməsə də, İspaniya və İngiltərədən gələn skautların “Fənarbağça” klubunun rəhbərliyi ilə intensiv danışıqlar apardığı dəqiqdir. 

Məlumat üçün əlavə edək ki, bu günə qədər yalnız İngiltərənin “Mançester Yunayted” klubu Altay Bayındırla maraqlandığını rəsmi formada elan edib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir