Biləsuvarda yeniyetmə qardaşlar gül toxumundan zəhərləniblər.
“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, rayon sakinləri 2013-cü il təvəllüdlü A.Bayramlı və 2014-cü il təvəllüdlü M.Bayramlı yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyərək zəhərləniblər.
Qardaşlar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlər qardaşların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az