Biləsuvarda eyni kənddə ikinci qəza: Xəsarət alanlar var

Cəmiyyət


Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində Biləsuvar rayon sakinləri, 1989-cu il təvəllüdlü R.Mehdiyeva, 1966-cı il təvəllüdlü İ.Məmmədov və Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü S.Əliyeva xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün sözügedən ünvanda daha bir ağır yol-nəqliyyat hadisəsi olub. Bir ailənin altı üzvü qəzaya uğrayıb.

www.RESMIXEBER.az