
Bakı.Trend:
İyun ayında sürətli pul köçürmə sistemləri vasitəsilə
Azərbaycanın banklarına daxil olan vəsaitin həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik
bülletendə bildirilib ki, cari ilin iyun ayında sürətli pul köçürmə
sistemləri vasitəsilə ölkə banklarına 289,6 milyon manat məbləğində
vəsait daxil olub (306,3 min əməliyyat).
Trend agentliyinin
AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin
iyun ayı ilə müqayisədə əməliyyatların sayı 9,5 min və ya 3,2%,
daxil olan vəsaitin həcmi isə 126,9 milyon manat və ya 78%
artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 945,4 manat təşkil
edib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 397,3 manat və
ya 72,5% çoxdur.
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, iyun ayının sonuna bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı 22,798 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% artıb.
Bundan əlavə, qeyd olunub ki, debet kartlarının sayı 12% artdığı
halda, kredit kartlarının sayı 3,5% azalıb.
“İlin əvvəlindən etibarən ölkə daxilində nağdsız əməliyyatların
həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.
2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə
ölkədaxili həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard
manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron
ticarətin payına düşüb.
Qalan ödənişlərin 1,325 milyard manatı POS-terminallar, 2,5
milyon manatı isə özünəxidmət terminalları və bankomatlar
vasitəsilə həyata keçirilib.

