
Bakı. Trend:
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində
Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları
arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa
çatıb.
“Lublin Arena”da oynanılan qarşılaşma ilk yarıdan sonra hesab
Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis
qırmızı vərəqə ilə cəzalandırılıb.
Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil
olunacaq.

