Rusiyada avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər xəsarət alıb

Baş səhifə

Rusiyanın Omsk şəhərində avtomobil bir qrup piyadanın üstünə sürülüb.

APA xəbər verir ki, bu barədə Omsk vilayətinin Prokurorluğu “Telegram”da məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 7 piyada və avtomobilin sürücüsü xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.