Almaniyanın qərbində iki İraq vətəndaşı terrorçuluqda şübhəli bilinərək saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları qərbi Almaniyanın Hökster və
Bottrop (Şimali Reyn-Vestfaliya) şəhərlərində iki İraq vətəndaşını
terrorçuluqda şübhəli bilərək saxlayıb.

Bu barədə “DPA” agentliyi Düsseldorf prokurorluğuna istinadən
məlumat yayıb.




Məlumata əsasən, prokurorluq 29 və 46 yaşlarında olan şəxsləri
xarici terror təşkilatına mənsub olmaqda ittiham edir. Müstəntiqlər
şübhəli şəxslər ən azı 2015-ci ilin ortalarından 2016-cı ilin
sonlarına qədər İraqda “İŞİD” qruplaşması ilə birlikdə döyüşdüyünə
inanırlar. “Neue Westfälische” qəzetinin məlumatına görə,
saxlanılanlar arasında 29 yaşlı bir qadın da var.