Gürcüstana getmək üçün 12 ₼-a sığorta aldı, 4,600 ₼-lıq tibbi xərcləri qarşılandı

Baş səhifə

Bakı. Trend:

“PAŞA Sığorta” Gürcüstana səyahət etmiş müştərisinin səhhətində
anidən baş vermiş narahatlıqlara görə tibbi xərclərini qarşılayıb.
Belə ki, Gürcüstanda olarkən nəfəsalma çətinliyi ilə xəstəxanaya
müraciət edən müştəri təcili olaraq reanimasiya şöbəsinə
yerləşdirilib. Müştəri “IVL” aparatı qoşulmuşdur və nəticədə 4,619
₼ məbləğində yaranmış tibbi xərcləri “PAŞA Sığorta” şirkəti tam
qarşılamışdır.




Unutmayın, səyahət sığortası əlavə xərc deyil, əksinə sizin
gözlənilməz xərclərinizi ödəyir və sizə tam arxayınlıq verir. Kiçik
ödəniş müqabilində səyahətdə böyük xərcin öhdəsindən gələ
bilərsiniz. Ona görə səyahətə çıxmadan əvvəl daxil olun “PAŞA
Sığorta” şirkətinin saytına, cəmi 2-3 dəqiqəyə sığortanızı
ONLAYN
alın və yola arxayın çıxın.