Şimali Koreya qısa mənzilli ballistik raket buraxıb

Baş səhifə

Bakı.Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının
şərqində yerləşən dəniz istiqamətində qısa mənzilli ballistik raket
buraxıb.

Bu barədə Cənubi Koreya hərbi kommandanlığı məlumat yayıb.




Son buraxılış Şimali Koreyanın bu il keçirdiyi bir sıra silah
sınaqlarından sonra baş verib. Həmin sınaqlara qısamənzilli
ballistik raketlər, artilleriya raketləri və ölkənin hərbi
imkanlarını gücləndirmək məqsədi daşıyan digər taktiki silahlar
daxildir.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına
görə, son təsdiqlənmiş silah sınağı iyunun sonunda keçirilib. Sınaq
zamanı təkmilləşdirilmiş 240 millimetrlik yaylım atəşli reaktiv
sistem, taktiki ballistik raketlər və 155 millimetrlik özüyeriyən
haubitsa sınaqdan keçirilib.