Bütün bədəni yanan Yağmurun anası: “Müalicəyə pulumuz çatmır deyə hamımızdan küsüb, yemək də yemir” – FOTO

Cəmiyyət


2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Şəfa Abdullayeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay istəyib:

“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. Həkim deyir ki, Yağmur qısa zamanda 3-cü dəfə əməliyyat edilməlidir. Əks halda havalar da isti olduğu üçün yaraları onu daha da incidəcək. Bu əməliyyat üçün isə 2 500 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bir neçə gün əvvəl yoldaşımla dərdləşirdik. Əməliyyat üçün necə edəcəyik deyə düşünürdük. Öz aramızda danışanda artıq əməliyyata gücümüzün çatmayacağını dedik. Bu zaman Yağmur qapıdan bizim danışığımızı eşitdi. Neçə gündür bizimlə danışmır. Küsdüyü üçün də yemək yemir. Övladım həyata küsüb. Xahiş edirəm bizi bu vəziyyətdən çıxarın”.

Əlaqə nömrəsi: 077 310 54 57 (anası Abdullayeva Şəfa).

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir