Fransa iğtişaşlarında azı 150 nəfər saxlanılıb

Dünya


Fransanın İl-de-Frans vilayətinin Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlar zamanı azı 150 nəfər saxlanılıb.

Məlumata görə, iğtişaşçılar Pablo Pikasso muzeyinə, Meudonda yerləşən polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Val-de-Uaz departamenti ərazisində ibtidai məktəb də yandırılıb.

Qeyd edək ki, iyunun 28-nə keçən gecə Nanterdə yoxlama zamanı polis patrulunun avtomobili saxlamağa cəhd etməsindən sonra 17 yaşlı sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis ona atəş açaraq yerindəcə öldürüb. Yeniyetmənin öldürülməsindən sonra ölkədə iğtişaşlar başlayıb. 

Xidməti silahdan istifadə edən polis əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb. O, nəzarətə götürülüb. 

Mənbə: Le Figaro

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir