Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var – FOTO

Cəmiyyət


Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Faiq Məmmədovun idarə etdiyi VAZ-2115 markalı avtomobil 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və VAZ-2106-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir