Azərbaycanın III Avropa Oyunlarının medal sıralamasında yeri

Dünya


Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

“resmixeber.az”un məlumatına görə, ölkə iki qızıl, bir gümüş və beş bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (21 qızıl, 21 gümüş, 26 bürünc) başçılıq edir. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) ikinci pilləyə yüksəlib, İspaniya (18 qızıl, 12 gümüş, 14 bürünc) isə üçüncü yerə düşüb.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 33-ü çempionluq sevinci yaşaya bilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir