Kay Haverts İngiltərə Premyer Liqasında klubunu dəyişib.
Almaniya millisinin üzvü “Çelsi”dən “Arsenal”a keçib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, bu transfer “topçular”a 60 milyon funt sterlinqə başa gəlib. Daha 5 milyon funt sterlinq bonuslar nəzərdə tutulub.
2020-ci ildən “Çelsi”də çıxış edən 24 yaşlı hücumçu ötən mövsüm “zadəganlar”ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
www.RESMIXEBER.az