Bakıda 19 yaşlı sürücü qadını vuraraq öldürüb

Kriminal


Bakıda 19 yaşlı sürücü piyadanı vuraraq öldürüb

APA xəbər verir ki, 2004-cü il təvəllüdlü Cəfər Faiq oğlu Hüseynov “Hyundai İX 35” markalı avtomobillə Xəzər rayonu, Zuğulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Şahsənəm Əli qızı Cabbarovanı vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.

www.RESMIXEBER.az