Nəsimidə qadın piyadanı avtomobil vurub

Cəmiyyət


Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 46 yaşlı Dilarə Ərrəhman qızı İsmayılovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az