FHN əməkdaşları güclü küləkdə bayrağı dəyişdilər – VİDEO

Cəmiyyət


Dünən Naxçıvan şəhərinin sakinləri maraqlı və diqqətçəkən “xilasetmə” əməliyyatının şahidi olublar.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Hava limanına gedən yolun üzərində yerləşən bayrağın güclü küləyin təsirindən yararsız vəziyyətə düşdüyünü görən Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu mənzərəyə etinasız qala bilməyiblər.

Dərhal qurum rəhbərliyinə məlumat verilib və xilasedicilər tərəfindən xüsusi əməliyyat reallaşdırılıb. Naxçıvan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə hündür bayraq dirəyinə çıxaraq bayraq parçasının dirəkdə qalan hissəsini çıxarıblar. Sonra xidmətin əməkdaşları tərəfindən dirəyə yeni bayraq bərkidilərək dövlət rəmzimizin yenidən həmin yerdə tam şəkildə dalğalanması təmin olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir