10 yaşlı Aminin dəstəyə ehtiyacı var: Evləri yanıb, təcili əməliyyat olmalıdır – FOTO

Cəmiyyət


10 yaşlı Aminin sizin yardımınıza ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Əfsanə Qarəhmədova məlumat verib.

O bildirib ki, övladı Subglottik stenoz (nəfəs yolu darlığı) xəstəliyindən əziyyət çəkir.

“Övladımın yeddi yaşı olanda bu xəstəlikdən əziyyət çəkdiyini və bunun anadangəlmə olduğunu öyrəndik. O, ötən il, əməliyyat olunsa da, yenidən əməliyyat olunmalıdır. Amin rahat nəfəs ala bilmir, boğulur, təngnəfəs olur. Yaşıdları küçədə oynayarkən o, məcburən evdə oturub onları izləyir. İnanın, bir ana üçün bu, çox ağır mənzərədir. Əməliyyat üçün lazım olan 8 000 manatın 3 000 manatını toplaya bilmişik, amma 5 000 manatımız yenə də çatmır”.

Əfsanə Qarəhmədova bildirib ki, bir neçə ay əvvəl onların evi yanıb.

“Mənim digər oğlum Ayxan da sizin saytınız və yardımsevər şəxslərin sayəsində əməliyyat olundu. Biz Türkiyədən qayıdan günün səhəri evimiz yandı. Heç bir əşyamızı çıxarmadan tək övladlarımızı çıxarıb qaça bildik. Evimiz tamamilə yanıb, kül olub. Hazırda qayınatamgildə yaşayırıq. İnanın o qədər çətin vəziyyətdəyik ki, nə edəcəyimizi bilmirik. Yardımsevər şəxslərdən bu dəfə də bizə dəstək olmalarını xahiş edirəm. Bizi bu çətin vəziyyətdən çıxmağımıza kömək etməyiniz üçün sizə yalvarıram”

Ailə ilə əlaqə: 055 583 82 97

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir