Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Kriminal


Mayın 20-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Əli Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.RESMIXEBER.az