Bakıda yol çöküb: İki gündür uzun tıxac yaranır

Cəmiyyət


Bakıda 8 Noyabr prospektində yol çöküb. 

resmixeber.az xəbər verir ki, sözügedən ərazinin görüntüləri sosial şəbəkədə paylaşılıb. Hadisənin ötən gün baş verdiyi və hələ də ərazidə işlərin yekunlaşmadığı iddia edilir.

Belə ki, yolun çökməsi səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb, səhər saatlarında uzun tıxac yaranıb. 

Ərazidə “Azərsu” ASC-nin qəza xidmətinin əməkdaşları çalışırlar. Yolun çökməsinin səbəbi isə hələlik məlum deyil. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən istiqamətdə nəqliyyatın hərəkəti tənzimlənir:

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən ərazidən istifadə edərkən diqqətli olsunlar”.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dünən olub və dərhal qurum əməkdaşları hadisə yerinə baxış keçiriblər:

“Sözügedən ərazidə avtomobil yolunda çökən hissədə bizim quruma aid heç bir problem aşkarlanmayıb. Həmin çökmə baş verən yerin yaxınlığındakı quyuya baxış keçirilib. Orada heç bir nasazlıq, su axını aşkar olunmayıb. Hazırda AAYDA və “Azərsu” ASC-nin əməkdaşları tərəfindən ərazidə birgə araşdırmalar davam etdirilir”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir