“Milan” Serjinyo Desti transfer etməyəcək.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, İtaliya A Seriyası klubu ABŞ-li oyunçunu saxlamaqda maraqlı deyil. Bu səbəbdən 22 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Barselona”ya qayıdacaq.
Keçən ilin sentyabrından icarə əsasında “Milan” forması geyinən Dest bu mövsüm “rossoneri”nin heyətində bütün turnirlərdə 8 oyun keçirib. “Barsa” 2020-ci ildə onu “Ayaks”dan 21 milyon avroya transfer edib.
www.RESMIXEBER.az