Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Siyasət


Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Prezident.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir